“Orenburq” – “Zenit” görüşü zamanı qonaq komanda “Spartak Moskva” kimi təqdim olunub

Rusiya Premyer Liqasının XVI turunun “Orenburq” – “Zenit” qarşılaşmasının televiziya ilə yayımı zamanı texniki nöqsanlar yaranıb.

Oxu.Az xəbər verir ki, “Zenit”in heyəti təqdim olunduğu zaman “Matç Premyer”də “Spartak”ın loqosu nümayiş etdirilib.

Bundan başqa, turun oyun cədvəli də eyni yanlışlıqla göstərilib. Dörd kluba “Spartak”ın, beş komandaya Moskva “Dinamo”sunun emblemi verilib.

“Matç TV”nin baş prodüseri Aleksandr Taşin bildirib ki, bu xətalar yayımın qrafik tərtibat üzrə tərəfdaşı olan təşkilatla bağlıdır: “Həmin şirkət qrafika operatorunu efir işindən azad etdi. Bizim mütəxəssislər isə növbəti yayımlarda belə halın yaşanmamasına çalışırlar. Yaranan duruma görə üzr istəyirəm”.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More