Haber Global”: “Zəngin ölkələr iqlim fəlakətlərinə görə məsuliyyətdən qaçırlar

Zəngin ölkələr özlərinin səbəb olduqları iqlim fəlakətinin zərərini ödəmirlər.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalının Bakıdan hazırladığı reportajda deyilir.

Bildirilir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) inkişaf etmiş ölkələr iqlim dəyişikliyi maliyyəsi üçün ildə sadəcə 250 milyard ABŞ dolları ayırmağı təklif ediblər. Halbuki inkişaf etməkdə olan dövlətlər bu məqsədlər üçün ildə azı 1,3 trilyon ABŞ dolları ayrılmasının lazım olduğunu vurğulayıblar.

Bu, əsasən Qərb ölkələrinin iqlim fəlakətlərinə görə məsuliyyətdən qaçdığını sübut edir.

Daha ətraflı “Haber Global”ın reportajında:

“Haber Global”: “Zəngin ölkələr iqlim fəlakətlərinə görə məsuliyyətdən qaçırlar”





Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More