Polis İsrailin İordaniyadakı səfirliyi yaxınlığında atışma törədən şəxsi öldürüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Petra” agentliyi ictimai təhlükəsizlik xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, silahlı insident paytaxt Əmmanın Rabia bölgəsində baş verib. Polis gələndən sonra silahlı şəxs qaçmağa çalışıb və daha sonra onlara atəş açıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları atəşə cavab veriblər. Əməliyyat zamanı üç zabit yaralanıb, onların vəziyyəti orta ağırdır.