Litvanın paytaxtı Vilnüsdə DHL aviaşirkətinə məxsus yük təyyarəsi qəzaya uğrayıb.
Oxu.Az-ın “Delfi” nəşrinə istinadən xəbərinə görə, bu barədə Litvanın Yanğın Təhlükəsizliyi və Xilasetmə Departamentinin Vəziyyətin əlaqələndirilməsi şöbəsindən məlumat verilib.
Məlumata görə, təyyarə ikimərtəbəli yaşayış binasının üzərinə düşüb. Təyyarədə dörd nəfər olub: iki pilot və iki işçi.
Xilasedicilər pilotlardan birini sağ çıxara biliblər.