“Sabah”dan ayrılan məşqçiyə AFFA-da vəzifə verildi

“Sabah”dan ayrılan Vitali Kovalyov Azərbaycan Futbol Federasiyaları Assosiyasiyasının (AFFA) qapıçılar üzrə maarifləndirmə kursunun baş təlimatçısı təyin edilib.

Oxu.Az xəbər verir ki, Kovalyov futbolçu karyerası ərzində “İnşaatçı” (Bakı), “ANS Pivani”, “Neftçi”, “Şəfa”, “Ümid”, “Qarabağ”, “MKT Araz”, “Standart”, “Karvan” kimi komandaların şərəfini qoruyub, İranda (“Traktorsazi”) və Türkiyədə (“Kartalspor”) legioner həyatı yaşayıb.

Məşqçilik karyerasında məhz “Sabah”dakı fəaliyyəti ilə tanınıb. Son 6 altı ili Masazır təmsilçisində keçirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More