Oğuzda gənc qadın yanıq xəsarətləri alıb.
Oxu.Az xəbər verir ki, hadisə Oğuz rayonunun Bayan kəndində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Nərmin Şaiq qızı Hüseynzadə evlərində baş verən yanğın nəticəsində ikinci dərəcəli termiki yanıq xəsarətləri alıb.
İlkin ehtimala görə, yanğın odun sobasından düşən qığılcımdan baş verib.
Samir İsayev