“Sabah” klubu xorvatiyalı baş məşqçi ilə yolları ayırdı

“Sabah” klubu baş məşqçi Krunoslav Renduliçlə yollarını ayırıb.

Oxu.Az xəbər verir ki, xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xatırladaq ki, Krunoslav Renduliç bu ilin martında “Sabah” klubuna baş məşqçi vəzifəsinə təyin olunmuşdu.

Qeyd edək ki, “Sabah” bu mövsüm Renduliçin başçılığı altında 18 oyunda cəmi beş görüşdə qalib gəlib. Yeddi heç-heçə, altı dəfə isə məğlubiyyət əldə edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More