Yaponiyada yeni raketin sınaqları yenə uğursuzluqla nəticələndi

Yaponiyada “Epsilon S” raketinin mühərrikinin sınağı zamanı yanğın baş verib.

Oxu.Az bu barədə NHK telekanalına istinadən məlumat verir.

Hadisə Taneqaşima kosmodromunda (Kaqoşima prefekturası) baş verib. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, “Epsilon” seriyalı üçpilləli, bərk yanacaqlı raket Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) və IHI aviasiya korporasiyası tərəfindən birgə hazırlanıb. Bu tip raketlər 2013-cü ildən Yaponiyada kiçik peyklərin buraxılması üçün istifadə olunur. “Epsilon S” onun son modifikasiyasıdır.

Xatırladaq ki, 2023-cü ilin iyul ayında Akita prefekturasında oxşar bir sınaq keçirilib və partlayışla nəticələnib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More