Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili növbəti prezident seçkisini dekabrın 14-də keçirməyi təklif edib.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
“Mən Gürcüstanda növbəti prezident seçkisinin dekabrın 14-də keçirilməsini təklif edirəm. Buna uyğun olaraq, qanunvericiliyimizə əsasən, andiçmə mərasimi 2024-cü il dekabrın 29-da baş tutacaq” – deyə Şalva Papuaşvili vurğulayıb.