Süni intellekt bu gün keçiriləcək UEFA Çempionlar Liqası oyunlarında hansı komandalarının qalib gələcəyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, “Milan” – “Slovan Bratislava” görüşündə İtaliya təmsilçisinin, “Sparta Praqa” – “Atletiko Madrid” matçında qonaq komandanın, “Barselona” – “Brest” görüşündə “kataloniyalılar”ın qalib gələcəkləri bildirilir. “Bavariya” ilə PSJ-nin oyununun isə heç-heçə hesabla bitəcəyi təxmin edilib.
Süni intellektin fikrincə, “İnter” – “Leypziq”, “Mançester Siti” – “Feyenoord” görüşləri meydan sahiblərinin qələbəsi ilə başa çatacaq.
“Sportinq” – “Arsenal” görüşündə Portuqaliya təmsilçisinin qalib gələcəyi təxmin edilib.
“Atalanta”nın isə “Yanq Boyz” səfərindən üç xalla qayıdacağı gözlənilir.
Qeyd edək ki, “Slovan Bratislava” – “Milan”, “Sparta Praqa” – “Atletiko Madrid” oyunları saat 21:45-də, digər görüşlər isə saat 00:00-da başlanacaq.