Qadını fotoşəkilləri ilə şantaj etdi, məhkəmə zalından həbs olundu

Ali Məhkəmədə hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Katib Həsənovun (şərti) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, Katib Həsənov tanışı, zərərçəkmiş Jalə Mədətova (şərti) ilə birlikdə olarkən müxtəlif vaxtlarda öz telefonuna çəkdiyi qadının fotoşəkillərini sosial şəbəkələrdə paylaşacağını, sonuncunun ailə üzvlərinə və tanışlarına göstərməklə şəxsi münasibətlərinin olmasına dair rüsvayedici məlumatları yayması ilə hədələyib. O, 1 avqust 2023-cü il tarixdə zərərçəkmiş şəxsdən 800 manat pul tələb edib. Jalə isə bu barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət ünvanlayıb. Müraciəti əsasında qeyd edilən İdarənin əməkdaşları tərəfindən 2023-cü il 3 avqust tarixdə keçirilən əməliyyat-axtarış tədbiri zamanı Katib Binəqədi rayonu ərazisində Jalədən 800 manatı alandan sonra saxlanılıb.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Katib Həsənova şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalından dərhal həbsə alınıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More