ABŞ-də Baydenin Ukraynaya nüvə silahı verməkdə əsl məqsədi açıqlandı

“ABŞ Prezidenti Co Baydenin Ukraynaya nüvə silahı verməsi konstitusiyaya ziddir və bu qərar dövlətə xəyanətə bərabərdir”.

Oxu.Az-ın məlumatına görə, bu barədə konqresmen Marcori Teylor-Qrin özünün “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

Onun fikrincə, Ağ Evin hakimiyyətdən getməkdə olan başçısı bu yolla seçkidə qalib gəlmiş respublikaçı Donald Trampa hakimiyyətin verilməsini dayandırmaq, yaxud pozmaq üçün nüvə müharibəsi başlatmaq istəyir.

“Bu, dəlilikdir və tamamilə konstitusiyaya ziddir, bu, dövlətə xəyanət aktı ola bilər”, – deyə Teylor-Qrin müqayisə edib.

Teylor Qrinin bu reaksiyası biznesmen Mario Naufalın “X” sosial şəbəkəsindəki paylaşımına cavab olub. O da ABŞ hakimiyyətinin Baydenin getməsindən əvvəl Ukraynaya nüvə silahı verməsi barədə mümkün qərarı haqqında danışıb və bunu “misli görünməmiş eskalasiya”ya doğru növbəti addım adlandırıb.

“Söhbət Ukraynaya yardımdan gedir, yoxsa daha böyük bir şeydən?” – deyə sahibkar sual edib.

Qeyd edək ki, “New York Times” bir müddət əvvəl Ukraynaya nüvə silahlarının qaytarılması ilə bağlı müzakirələr haqqında məlumat verib. Mənbənin sözlərinə görə, ABŞ və Avropanın bəzi rəsmiləri bunu təhlükəsizlik zəmanəti kimi ciddi şəkildə nəzərdən keçirirlər. Bəziləri hətta Baydenin SSRİ dağıldıqdan sonra götürülmüş nüvə silahlarını Kiyevə qaytara biləcəyini xəbər veriblər.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More