AFFA Premyer Liqa klublarına cəzalar yağdırdı

AFFA-nın İntizam Komitəsinin iclasında Azərbaycan Premyer Liqasının XIV turunda oyunlar zamanı baş verən xoşagəlməz hadisələr müzakirə olunub, qaydalara riayət etməyən klublar cəzalandırılıb.

Oxu.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Səbail” – “Qarabağ” oyununda 4 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat cərimə edilib. Matçın 62-ci dəqiqəsində azarkeşləri tərəfindən lazer işıqdan istifadə edildiyinə görə “Səbail” 500 manat xərcə düşüb. Qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Bakı klubu 800 manat cərimələnib.

“Neftçi” – “Zirə” oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibləri 800 manat cərimə edilib.

“Turan Tovuz” – “Sabah” 4 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat ödəyəcək.

“Sumqayıt” – “Şamaxı” görüşünün 78-ci dəqiqəsində azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə meydan sahibləri 800 manat cərimələniblər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More