Bakı metropoliteni qış mövsümünə hazırdır?

“Qarlı hava şəraitində stansiya keçidlərində, pilləkənlərdə olan buz örtüyünün əridilməsi üçün lazım olan bütün ehtiyatları və əlavə ləvazimatları alınaraq Bakı metropoliteninin bütün stansiyalara təhvil verilib”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sərnişinləri maraqlandıran ən vacib məsələlərdən biri stansiyaların qışa hazırlığıdır:

“Bakı metropoliteni üçün depoların açıq sahələrində olan ərazilərində güclü qar yağıntıların zamanı qatarların xəttə çıxmasına maneələr yarana bilər. Bu səbəbdən üfürücü qurğuların, personalın hazırlığı, ilk dəfə bu işə cəlb olunmadan işçilərin təlimatlandırılması işləri görülüb. Gecə növbəsində qəfil qar yağarsa, işçilərin işə çıxarılması üçün əlaqə nömrələri alınıb, çatdırılma vasitələri, işdə olarkən çalışdıqları dövr ərzində məişət ehtiyaclarının ödənilməsi, eyni zamanda geyim və digər məsələlərin hər biri tam həllini tapıb. Dekabrın 1-dən ümumiyyətlə Bakı metropoliteninin qışa hazırlıq planlarını tam olaraq yekunlaşdırılması nəzərdə tutulub. Bu mənada ventilyatorların iş qrafiki və digər infrastruktur məsələlərin hər biri həllini tapıb”.

Aygün Mirakif



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More