“Metronun Cəfər Cabbarlı stansiyasında görülən işlər başa çatmaq üzrədir”.
Oxu.Az xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sözügedən stansiyada artıq örtük elementləri quraşdırılır:
“Cəfər Cabbarlı” stansiyasının növbəti dövrlərdə xətlərin ayrılması ilə bağlı ən vacib stansiyalardan biri olmasını nəzərə alaraq əsaslı şəkildə bütün təmir işləri həyata keçirilib. Qısa zamanda, işlər yekunlaşdırılacaq və stansiya sərnişinlərin istismarına veriləcək”.
Aygün Mirakif