Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) “Sabah” klubundan ayrılan Vitali Kovalyova qurumda vəzifə verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Bu barədə Oxu.Az-a açıqlama verən AFFA-nın Mətbuat Xidmətinin rəisi Elnur Məmmədli xəbərlərin doğru olmadığını deyib.
“Vitali Kovalyovun AFFA-da qapıçıların baş təlimatçısı təyin olunması doğru xəbər deyil. Kovalyov hazırda federasiyada heç bir vəzifədə çalışmır”, – deyə E.Məmmədli bildirib.