Azərbaycanlı hücumçu Vüsal İsgəndərli Türkiyənin “Boluspor” futbol klubunu tərk edərək Bosniya və Heresqovina klubuna keçmək istəyir.
Azerisport.com xəbər verir ki, bu, onun oyun vaxtı almaması ilə bağlıdır.
Problem yaranmasa, İsgəndərli qışda artıq ilkin razılıq əldə etdiyi Bosniyanın “Sarayevo” klubuna keçəcək.
Lakin hücumçunun “Boluspor”la müqaviləsi 2025/26 mövsümünün sonuna qədər olduğu üçün bu transferin tamhüquqlu və ya icarə əsasında olacağı hələ məlum deyil.