İsrail hökuməti Livanla atəşkəsi təsdiqləyib

İsrailin Nazirlər Kabineti Livanla atəşkəs razılaşmasını təsdiqləyib.

Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Daha əvvəl razılaşmanın şərtləri açıqlanıb. Sazişə əsasən, ABŞ-nin rəhbərlik etdiyi nəzarət komitəsi yaradılacaq. Bu komitə sövdələşmənin icrasına nəzarət edəcək və mümkün pozuntuların aradan qaldırılması üçün tədbirlər görəcək.

ABŞ, həmçinin İsrailə Livan ərazisindən gələn təhdidlərə qarşı hərbi əməliyyatlar aparmaq üçün dəstək və zəmanət verəcək. Bu, “Hizbullah”ın sərhəd yaxınlığında hərbi mövcudluğunun bərpa edilməməsi və silah qaçaqmalçılığının qarşısının alınmasını əhatə edir.

Razılaşmaya görə, İsrail ABŞ ilə məsləhətləşmələr apardıqdan sonra Livan ordusunun təhlükələri aradan qaldırmadığı təqdirdə yenidən hərbi əməliyyatlara başlaya biləcək.

Tərəflər ABŞ vasitəçiliyi ilə İsrail ordusunun Livanın cənubundan çəkiləcəyi və Livan ordusunun sərhəd bölgələrində yerləşdiriləcəyi 60 günlük keçid dövrünü nəzərdə tutan atəşkəs sazişi layihəsini müzakirə edirlər. “Hizbullah” isə ağır silahlarını və birləşmələrini Litani çayının şimalına, sərhəddən 30 kilometr uzaqlığa köçürməlidir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More