Namibiyada eyni gündə iki seçki keçirilir

Namibiyada bu gün prezident və parlamentin Aşağı Palatasına seçkilər keçirilir.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, prezidentlik postu uğrunda 15 namizəd, parlamentə düşmək uğrunda isə 24 partiya mübarizə aparır.

Qeyd edək ki, cari ilin fevral ayında Namibiyanın prezidenti Haqe Qotfrid Qeynqob 82 yaşında vəfat edib. Namibiya rəhbərinin səlahiyyətlərini əvvəllər vitse-prezident vəzifəsində çalışmış Nanqolo Mbumba icra edir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More