“Barselona”nın hücumçusu Robert Levandovski UEFA Çempionlar Liqasında qol sayını 100-ə çatdırıb.
Oxu.Az xəbər verir ki, polşalı forvard V turun “Brest”lə oyununda penaltini dəqiq yerinə yetirərək bu göstəriciyə nail olub.
Bununla da o, Çempionlar Liqasında 100 qol həddinə çatan üçüncü futbolçu olub.
Əvvəllər bu göstəriciyə yalnız Kriştianu Ronaldu (140) və Lionel Messi (129) imza atıblar.
Qeyd edək ki, 36 yaşlı futbolçu 100 qolu 125-ci matçında vurub.