İsraillə “Hizbullah” hərəkatı arasında baş verən hərbi toqquşmalar nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan livanlı vətəndaşlar ötən gün əldə edilən atəşkəs razılaşmasından sonra evlərinə qayıtmağa başlayıblar.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Livanın cənub hissəsinə avtomobillərin axını müşahidə edilir.
Qeyd edək ki, Livanla İsrail arasında atəşkəs noyabrın 27-də Bakı vaxtı ilə saat 06:00-da qüvvəyə minib.