“Şamaxıda Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunda yaranan problem hava şəraiti düzələn kimi aradan qaldırılacaq”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Oxu.Az-a açıqlamasında belə deyib.
O qeyd edib ki, həmin yolun Çuxuryurd-Qaleybuğurd hissəsində intensiv yağışlar nəticəsində sürüşmə qeydə alınıb.
“Hazırda hava şəraitinin düzəlməsi gözlənilir. Hava şəraiti düzələn kimi həmin ərazidə təmir-bərpa işləri icra olunacaq”, – deyə A.Nəcəfli bildirib.
Xatırladaq ki, Şamaxı rayonunda uzunluğu 16 kilometr olan Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunda yenidən sürüşmə baş verib.
Əzizə İsmayılova