Zaxarova: “Rusiya Yunanıstandan Ermənistana silah ixracı üzrə sorğu almayıb”

“Moskva Yunanıstandan Rusiya istehsalı olan hərbi texnikanın Ermənistana təkrar ixracının mümkünlüyü ilə bağlı heç bir sorğu almayıb”.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Ondan Yunanıstanın Rusiya istehsalı olan S-300 sistemlərini Ermənistana ötürmək planları ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirməsi xahiş olunub.

“Hərbi-texniki əməkdaşlığa dair 30 oktyabr 1995 və hərbi məhsulların tədarükünə dair 3 dekabr 2013-cü il tarixli ikitərəfli hökumətlərarası sazişlərin müddəalarına ciddi əməl etməyin zəruriliyini sizə xatırlatmaq istərdik. Bu sazişlər birmənalı şəkildə Yunanıstana Rusiyanın razılığı olmadan bizim təqdim etdiyimiz hərbi texnikanın təkrar ixracını qadağan edir”, – Zaxarova qeyd edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More