Ev dustaqlığına məhkum edilən Mehmet Ali Erbil və Serdar Ortaç ilə bağlı növbəti məhkəmə qərarı

Qeyri-qanuni mərc reklamı və insanları buna təşviq etmək ittihamı ilə 1 ildən 3 ilə qədər həbs cəzası tələb edilən və ev dustaqlığına məhkum edilən türkiyəli məşhur şoumen Mehmet Ali Erbil və müğənni Sərdar Ortaç barəsində məhkəmə yeni qərar çıxarıb.

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, vəkillərin etiraz ərizəsi təqdim etməsindən sonra Erbil və Ortaç üçün tətbiq edilən ev dustaqlığı qərarı ləğv edilib.

Yeni qərara əsasən, Mehmet Ali Erbilə həftədə bir dəfə məhkəmə nəzarəti qaydasında imza atma vəzifəsi müəyyən edilib. O, hər həftənin bazar ertəsi günü yaşadığı evə ən yaxın polis bölməsinə gedərək imza atmalıdır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More