UEFA Çempionlar Liqasında V tura doqquz görüşlə yekun vurulub.
Oxu.Az xəbər verir ki, son oyun günündə “Liverpul” “Real Madrid”i qəbul edib.
Matçda hesab yalnız ikinci hissədə açılıb. 52-ci dəqiqədə meydan sahiblərindən Makalister fərqlənib. 77-ci dəqiqədə Qakpo fərqi artırıb – 2:0. Oyun ərzində “Real”dan Mbappe, “Liverpul”dan isə Salah penaltini qaçırdığından görüş elə bu hesabla da başa çatıb.
Hazırda mersisaydlılar turnir cədvəlində 15 xalla vahid liderdir, kral klubu isə 6 xalla 24-cü yeri tutur.
“Yuventus” Villa Parkda “Aston Villa”nın qonağı olub. Qarşılaşmada hesab açılmayıb – 0:0.
Digər matçlarda “Srvena Zvezda” “Ştutqart”ı darmadağın edib – 5:1, “Şturm Qraz” isə “Jirona”dan üstün olmaqla 23 il sonra yarışda ilk qələbəsini qazanıb – 1:0.
“Dinamo Zaqreb” evdə “Borussiya Dortmund”a uduzub – 0:3. “Seltik” “Brügge” ilə sülhə razılaşıb – 1:1.
“Lill” səfərdə “Bolonya”dan üstün olub – 1:2. “Benfika” “Monako”nu, PSV isə “Şaxtyor Donetsk”i məğlub edib – müvafiq olaraq 2:3 və 3:2.