Yapon kişi streslə mübarizə üçün 1000-dən çox evi qarət etdi

Yaponiya hüquq-mühafizə orqanları 1 000-dən çox evə qanunsuz daxil olduğunu etiraf edən 37 yaşlı kişini saxlayıb. O, hərəkətlərinin səbəbini streslə mübarizənin qeyri-adi üsulu kimi izah edib.

Oxu.Az-ın kp.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə yerli hüquq-mühafizə orqanlarının nümayəndəsi açıqlama verib.

Məlumata görə, saxlanılan şəxs bunun hobbiyə çevrildiyini vurğulayıb.

“Məni kiminsə aşkar edə biləcəyini düşündüyüm zaman çox həyəcanlanıram. Bu gərginlik streslə başa çıxmağıma kömək edirdi”, – deyə o, dindirilmə zamanı etiraf edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More