ÇL-in Liqa mərhələsində V turun son oyun gününün ən yaxşı futbolçuları

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunun son oyun günündə keçirilən doqquz görüşün ən yaxşı futbolçuları bəlli olub.

Oxu.Az xəbər verir ki, “Srvena Zvezda” – “Ştutqart” görüşünün fərqlənən futbolçusu Radi Kruniç olub.

“Şturm Qraz” – “Jirona” matçında Oriol Romeu ən yaxşılardan biri olub.

“Monako”nu 3:2 hesabı ilə məğlub edən “Benfika”nın futbolçusu Anxel Di Maria da yaxşılardan olub.

Hesabın açılmadığ “Aston Villa” – “Yuventus” matçında Fransişku Konseysan ən yaxşılar siyahısındakı yerini alıb.

“Liverpul”un “Real Madrid”i 2:0 hesabı ilə məğlub etdiyi görüşdə isə Aleksis Makallister fərqlənməyi bacarıb.

“Bolonya” – “Lill” matçının ən yaxşı oyunçusu adını Nqalayel Mukau qazanıb.

“Borussiya Dortmund”un “Dinamo Zaqreb”i 3:0 hesabı ilə məğlub etdiyi görüşün fərqlənən futbolçusu isə Rami Bensebaini olub.

1:1 hesablı heç-heçə ilə başa çatan “Seltik” – “Brügge” matçının ən yaxşı oyunçusu Dayzen Maeda seçilib.

PSV – “Şaxtyor Donetsk” görüşündə ən yaxşı oyunçu mükafatına isə Malik Tillman yiyələnib.

Qeyd edək ki, VI turun görüşləri dekabrın 10-da start götürəcək.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More