ABŞ-də “Tesla Cybertruck” pikapı qəza törətdi: Ölənlər var

ABŞ-nin Kaliforniya ştatının şimal hissəsində “Tesla” şirkətinin “Cybertruck” pikapı qəza törədib.

Bu barədə Oxu.Az “İndependent”ə istinadən xəbər verir.

Məlumata görə, baş verən qəzada 3 nəfər ölüb, daha bir nəfər isə ağır yaralanıb.

Məlum olub ki, “Cybertruck” elektromobilinin sərnişinləri tədbirdən sonra evlərinə qayıdırmışlar.

Ştat polisinin sözlərinə görə, qəzaya sürət həddinin aşılması səbəb ola bilər. İstintaq davam edir.

Yanğınsöndürən xidmətin nümayəndələri əlavə ediblər ki, toqquşma nəticəsində baş verən yanğının təbiətinə əsasən, söhbət “Cybertruck”ın litium-ion batareyasındakı partlayışdan getmir. Onların fikrincə, hadisə adi avtomobil alışmasına bənzəyir.

Xatırladaq ki, “Cybertruck”ın satışları təxminən altı ay əvvəl başlayıb. Lakin bu müddət ərzində “Tesla” təhlükəsizlik problemlərinə görə artıq altı dəfə onu geri çağırıb. Avtomobil sonuncu dəfə 2024-cü il noyabrın 5-də elektrik invertorunda nasazlıq səbəbindən geri çağırılıb, hansı ki, bu, ötürücü təkərlərdə gücün itirilməsinə səbəb ola bilər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More