Əziz Ələkbərli: “Ermənilər yaşadıqları ərazidə Azərbaycan izlərini silməyə çalışırlar”

“200 illik tarixi təcrübə göstərir ki, ermənilər Cənubi Qafqazda yaşadıqlarını, bu saxtakarlığı dünyaya sübut etmək üçün bütün vasitələrə əl atıblar. Ona görə də yaşadıqları ərazidə Azərbaycan izlərini silməyə çalışırlar”.

Bunu ki, Qərbi Azərbaycan İcmasının mətbuat konfransında qurum sədri Əziz Ələkbərli Oxu.Az-ın sualına cavab olaraq deyib.

O bildirib ki, Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzurda dağıdılan mədəni irsimizin monitorinqi ilə bağlı dəfələrlə UNESCO-ya müraciət olunsa da, ikili standartlar qərəzsiz yanaşmaya mane olub:

“Lakin biz müxtəlif peyk görüntüləri vasitəsilə, hətta azərbaycanofob dövlətlərin peyk görüntüləri vasitəsilə sonuncu deportasiya zamanı dağıdılan 300-ə yaxın yaşayış məntəqəsində 600-ə yaxın qəbiristanlıqda monitorinq keçirdik. Məlum oldu ki, qəbiristanlıqların 450-si tamamilə məhv olub, 150-sinin ancaq sadəcə yeri qalıb. Təəssüf ki, cəmi iki kəndin qəbiristanlığını müəyyən edə bildik. Bu istiqamətdə işimizi davam etdiririk. Hazırda Qərbi Azərbaycan ərazisində məscid və türbələrimizin monitorinqi aparılır. Təbii ki, hər kəs törətdikləri əməllərə görə cavab verəcək”.

Mərahim Nəsib



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More