Fransada nə qədər insan Makronun istefasını istəyir? – Faiz açıqlandı

Fransada vətəndaşların 63%-i Prezident Emmanuel Makronun təyin etdiyi Baş nazir Mişel Barnyenin hökumətinə etimadsızlıq votumu göstəriləcəyi təqdirdə Makronun istefasını istəyərdi.

Oxu.Az-ın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu qənaətə “Elabe” şirkətinin sorğusu əsasında gəlinib.

“Mişel Barnyenin hökumətinin istefası halında fransızların 63%-i Emmanuel Makronun respublika prezidenti postundan istefasını dəstəkləyəcək və bu da yeni prezident seçkisinin keçirilməsinə rəvac verəcək”, – deyə sorğu məlumatlarında bildirilib.

Prezidentin istefasını xüsusilə sağçı Milli Birlik Partiyasının üzvləri (83%) və solçu Yeni Xalq Cəbhəsi koalisiyasının tərəfdarları (76%) arzulayırlar.

Eyni zamanda, fransızların hökumətə etimadsızlıq votumunun zəruriliyi ilə bağlı fikirləri də bölünüb: 52% Nazirlər Kabinetinin istefasını dəstəkləyib, 48% isə əleyhinə olub.

Sorğu noyabrın 26 və 27-də onlayn rejimdə aparılıb və 1 003 nəfər iştirak edib, hər hansı bir xəta qeydə alınmayıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More