Bakının mərkəzindəki köməkçi yolda yeni qadağa nişanları qoyuldu

Bakıda, Mirzəağa Əliyev küçəsindən Şəmsi Bədəlbəyli küçəsinə keçən köməkçi hissəyə üç ədəd yeni dayanma-durma qadağası ilə bağlı 3.27 nişanı yerləşdirilib.

Oxu.Az xəbər verir ki, bu tədbir sürücülərin həmin ərazidə avtomobillərini park edərək hərəkətə mane olmalarının qarşısını almaq məqsədilə həyata keçirilib.

Belə ki, həmin ərazidə avtomobillərin park olunması həm qəza riskini artırır, həm də hərəkətə ciddi maneə yaradırdı.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 346.1-ci maddəsinə əsasən, dayanma-durma qaydalarını pozmağa görə 20 manat məbləğində cərimə nəzərdə tutulub.

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More