“Respublikanski”nin təmirə bağlanması xəstələri çətinə saldı – Baş həkim nələri açıqladı?

Respublika Klinik Xəstəxanasının bir müddət əvvəl təmirə bağlanması xəstələri çətinə salıb.

Belə ki, təmir işləri ilə bağlı 6 şöbə Bilgəhdə yerləşən modul tipli xəstəxanaya köçürülüb və xəstələr həkim qəbulu üçün Bilgəhə üz tutmalı olurlar. Bu da vaxt itkisi, həm də əlavə maddi xərcə səbəb olur.

Nəzərə alsaq ki, Respublika Klinik Xəstəxanası Bilgəhə 25-30 kilometrlik məsafədə yerləşir, xəstəxanalar arasında get-gəldə qalan vətəndaşlar ən yaxşı halda 3-4 saatlarını yolda keçirməli olurlar. Üstəlik, Bilgəh Modul Xəstəxanasına avtobusların birbaşa getməməsi də əlavə gərginlik yaradır.

“Xəstəxananı 2-3 saata çətinliklə tapmışıq. Mən şəxsi avtomobilimlə gəlmişəm. Bura taksi ilə gəlmək üçün 20-25 manat lazımdır”, – pasiyent narazılıq bildirib.

Məsələ ilə bağlı Respublika Klinik Xəstəxanasının baş həkimi Sahib Hüseynov Baku TV-yə bildirib ki, Bilgəhdə xəstələrin qəbulu, müayinə və müalicəsi üçün lazımi şərait yaradılıb. Pasiyentlər sadəcə KT və MRT müayinələrindən keçmək üçün digər səhiyyə ocaqlarına getməli olurlar.

Baş həkim onu da qeyd edib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbərliyi məsələni nəzarətə götürüb və problemin həlli istiqamətində tezliklə müvafiq addımlar atılacaq.

Daha ətraflı videosüjetdə:

“Respublikanski”nin təmirə bağlanması xəstələri çətinə saldı – Baş həkim nələri açıqladı?







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More