Putin: “KTMT İrəvan üçün Qarabağda döyüşməli deyildi”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qarabağ münaqişəsinə müdaxilə etməməli idi, çünki münaqişə zamanı Ermənistan xarici təcavüzə məruz qalmamışdı”.

Oxu.Az-ın məlumatına görə, bunu Qazaxıstanda keçirilən mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin bəyan edib.

“Lakin KTMT-nin buna heç bir aidiyyəti yoxdur, çünki Ermənistanın özünə qarşı heç bir xarici təcavüz olmayıb”, – deyə o bildirib.

“KTMT – üzv ölkələri xarici təcavüzdən qorumaq üçün nəzərdə tutulub. Qarabağdakı hadisələrin öz spesifikası var: Ermənistan Qarabağı müstəqil dövlət kimi tanımayıb və əlbəttə ki, Qarabağı öz ərazisinə daxil etməyib. Deməli, Qarabağda baş verənlərin Ermənistana hüquqi baxımdan heç bir aidiyyəti yoxdur, ona görə də KTMT-nin bu ərazidə döyüşməsini tələb etmək qəribədir”.

“Hər ölkə öz təhlükəsizliyini təmin etmək sahəsində nəyi və necə etmək istədiyini seçmək hüququna malikdir”, – Rusiya lideri deyib.

“Düşünürəm ki, KTMT ilə bağlı bugünkü vəziyyət, çox güman ki, Ermənistanın özündəki daxili siyasi proseslərlə əlaqədardır və əlbəttə ki, bütün bunlar Qarabağ məsələsi ilə bağlıdır.

Ermənistanın təşkilatda tamformatlı işə qayıdacağını ehtimal edirəm. Ermənistan hələ ki KTMT-dən çıxmaq barədə bəyanat verməyib və təşkilatın sammitinin bütün sənədlərini dəstəkləyir”, – Putin əlavə edib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More