Kobaxidze: “2028-ci ilin sonunadək Aİ ilə danışıqları dondurur, qrantlardan imtina edirik”

“2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı danışıqları dondurmağa qərar vermişik”.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Gürcü Arzusu” partiyasının ofisində keçirdiyi brifinqdə bildirib.

İ.Kobaxidze qeyd edib ki, Avropa İttifaqına üzvlük müzakirələrinin başlanması ölkəni təhdid etmək üçün alət kimi istifadə olunur və əlavə edib ki, əvvəllər eyni şey namizədlik statusu məsələsində də baş vermişdi.

Baş nazir, həmçinin Avropa Parlamentini Gürcüstanla bağlı qətnaməsinə görə tənqid edib.

O vurğulayıb ki, 2028-ci ilin sonunadək Tbilisi Aİ-nin qrantlarından da imtina edir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More