Sabunçu rayonunda çirkab suları küçəyə axır.
Sakinlər deyirlər ki, 15 gündür axan su evlərə, evlərin zirzəmilərinə dolur.
Onların sözlərinə görə, qəsəbənin Habil Balakişiyev və Əşrəf Yunusov küçələrinin kəsişməsində kanalizasiya borusunun partlaması ilə bağlı aidiyyəti quruma məlumat versələr də, nəticəsi yoxdur.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xdimətindən “Xəzər Xəbər”ə bildirilib ki, hal-hazırda qəza xidməti qeydolunan ünvandadır, işlərə başlanılıb. Qısa müddətdə müvafiq tədbirlər görüləcək və problem ortadan qaldırılacaq.
Ətraflı süjetdə: