UEFA Avropa Liqasında V tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, “Fənərbağça” Çexiyada “Slaviya”nın (Praqa) qonağı olub.
Oyunda hesabı meydan sahibləri açsalar da, İstanbul klubu iki dəqiq zərbə ilə nəticəni öz xeyrinə dəyişməyi bacarıb – 1:2.
Beləliklə də, beş turdan sonra “sarı-lacivərdlər” 8 xalla turnir cədvəlinin 15-ci pilləsində qərar tutublar. Onların rəqibi isə 4 xalla 26-cı yerdədir.