Beş gün əvvəl pəncərədən yıxılan şəxs xəstəxanada ölüb

Beş gün əvvəl pəncərədən yıxılan 29 yaşlı şəxs xəstəxanada ölüb.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə Sumqayıt şəhərində qeydə alınıb.

1995-ci il təvəllüdlü Kənan İlqar oğlu Hüseynli ehtiyatsızlıq nəticəsində yaşadığı evin pəncərəsindən düşüb.

O, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More