Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışında təqsirli bilinən 41 yaşlı Cavad Fəhradov saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, ondan 8 kiloqramdan artıq marixuana aşkar olunub. C.Fəhradovun narkotik vasitəni meşə massivində kultivasiya yolu ilə yetişdirdiyi çətənə kollarını quradaraq satmaq məqsədilə əldə etdiyi məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, C.Fəhradov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.