Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazində yerləşən kafelərdən birində baş verib.
1984-ci il təvəllüdlü Anar İlham oğlu Mustafayevin kafedə qəfil halı pisləşib və oradaca keçinib.
Onun ürək çatışmazlığından öldüyü bildirilir.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.