Fransa siyasi böhranın astanasındadır. Ölkədə uzun müddətdir davam edən büdcə böhranı fonunda “Təslim olmayan Fransa” Partiyasının lideri Jan-Lük Melanşon prezident Emmanuel Makron və hökuməti istefa verməyə çağırıb.
Oxu.Az-ın verdiyi məlumata görə, müxalifət lideri bu barədə özünün “X” hesabında yazıb.
Onun fikrincə, hazırkı hakimiyyət süqutun astanasındadır və dövləti səmərəli idarə etmək iqtidarında deyil.
“Belə bir institusional blokada ilə üzləşəndə yalnız bir həll var: Makron getməlidir”, – deyə Melanşon yazıb.
O, hökumətin altı gün sonra süqut edəcəyini vurğulayıb.
Müxalifət lideri, həmçinin baş nazir postuna Lüsi Kastenin namizədliyini təklif edib.
Qeyd edək ki, Fransa parlamentində 2025-ci il üçün mübahisəli büdcə qanun layihəsi müzakirə olunur. Aşağı palata onu birinci oxunuşda rədd edib və senatda müzakirəyə göndərib. Büdcənin irəliləməsi variantları sol qüvvələrin hökumətə etimadsızlıq göstərə biləcəyini istisna etmir.