Leonardo Di Kaprio Hollivudun “subaylar klubu”na qoşulur

Məşhur Hollivud aktyoru Leonardo Di Kaprio, görünür, nikaha mənfi münasibəti ilə tanınan əfsanəvi həmkarları – Al Paçino və Cek Nikolsonun yolu ilə getməyi qərara alıb.

Oxu.Az-ın məlumatına görə, “Radar Online” nəşrinin insayderi bildirir ki, Di Kaprio nikah ideyasını cəfəngiyyat hesab edir və nikah bağlamaq niyyətində deyil.

Mənbənin sözlərinə görə, Di Kaprio Paçino və Nikolsonun qadınlara olan yanaşmasını əyləncəli və hətta müəyyən dərəcədə ilhamverici hesab edir. “O, uzun illər pozğun həyatdan sonra zəif və tənha qalmaq fikrindən qorxmur. Onun təhrif olunmuş yumor hissi var”, – deyə insayder bildirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More