Gürcüstanın Bolqarıstandakı səfiri iqtidarın siyasətinə etiraz olaraq istefa verib

Gürcüstanın Bolqarıstandakı səfiri Otar Berdzenişvili Gürcüstan hakimiyyətinin yürütdüyü siyasətə etiraz olaraq istefa verib.

Oxu.Az xəbər verir ki, səfir bu barədə özünün “X” platformasındakı paylaşımında qeyd edib.

Onun sözlərinə görə, Gürcüstan iqtidarının fəaliyyəti ölkənin Avropaya inteqrasiyasına mane olur.

O, diplomatik xidməti boyunca ölkəsinin Avro-Atlantik inteqrasiyasında, müttəfiq ölkələrlə, xüsusilə də ABŞ ilə strateji tərəfdaşlığın yaradılmasında aktiv iştirak etdiyini qeyd edib.

“Bizim yorulmaq bilmədən göstərdiyimiz səylər boşa getməməlidir və təhlükə altına qoyulmamalıdır”, – deyə Otar Berdzenişvili vurğulayıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More