“Polşa prezidenti kimi təcrübəli bir adamın düşünülməmiş addım atması hər kəsdə təəssüf və təəccüb doğurur”.
Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə Polşa Prezidenti Andjey Dudanın Azərbaycan-Ermənistan şərti sərhədində Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının Varşavadan olan heyəti ilə görüşməsinə münasibət bildirərkən deyib.
Millət vəkili Polşa prezidentinin bu addımına etiraz edərək bildirib:
“Niyə Polşanın birinci şəxsi Fransanın, Niderlandın, Kanadanın, Hindistanın Azərbaycana qarşı vaxtaşırı apardığı çirkin kampaniyaya qoşulmaq qərarına gəlib? Polşa tərəfinin bu məsələyə aydınlıq gətirməsini istəyərdik. Eyni zamanda, Azərbaycana qarşı tərəddüdlü mövqe tutan digər dövlətlər də bilməlidirlər ki, Azərbaycanın müstəqil daxili və xarici siyasəti var. Dost olanlarla dostuq. Bizə qarşı münasibəti soyuq olanlara qarşı ona müvafiq addım atırıq”.
Baku TV deputatın çıxışının videosunu təqdim edir: