“İran yaxın aylarda nüvə silahı əldə edə bilər”.
Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” Fransa Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Nikolas Lernerə istinadən məlumat yayıb.
“İranın nüvə silahının yayılması riski qarşıdakı aylarda böyük təhlükədir. Böyük Britaniya və Fransa belə bir hadisəyə hazırlaşmaq üçün strategiyalar hazırlayırlar”, – Lerner bildirib.
O, Fransa və Britaniya xidmətlərinin yaxın aylarda gözlənilən kritik təhlükəyə qarşı əməkdaşlıq etdiklərini bildirib.