Belçikalı ikiqat Olimpiya çempionu qəzaya düşdü

İkiqat Olimpiya çempionu, belçikalı velosipedçi Remko Evenepul poçt mikroavtobusu ilə toqquşduqdan sonra xəstəxanaya yerləşdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə “Cycling News” portalı məlumat yayıb.

Hadisə Belçikada məşq zamanı baş verib. Evenepulun çiynində və qolunda ağrılar olduğu bildirilir.

Xatırladaq ki, Evenepul 24 yaşındadır və Parisdə keçirilən Olimpiya Oyunlarının fərdi və qrup yarışlarının qalibidir. 2022-ci ildə o, “Vuelta a España” velosiped yarışının ümumi təsnifatının qalibi olub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More