Ədliyyə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT

Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə rəis təyin edilib.

Bu barədə Oxu.Az-a Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bununla bağlı ədliyyə naziri müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Ceyhun Tağıyev gətirilib.

Qeyd edək ki, Ceyhun Tağıyev əmək fəaliyyətinə 2003-cü ildə daxili işlər orqanlarında başlayıb, 2024-cü ilin iyun ayınadək müxtəlif vəzifələrdə çalışıb. “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının hər 3 dərəcəsi ilə təltif edilib.

2024-cü ilin iyun ayında ədliyyə orqanlarına qulluğa qəbul olunaraq Strateji planlaşdırma və monitorinq baş idarəsinin Daxili nəzarət və araşdırmalar idarəsinin rəisi vəzifəsinə təyin olunub.

Həmçinin, 2024-cü ilin sentyabr ayından bu təyinatadək Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsinin icrası ona müvəqqəti həvalə edilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More