“Bavariya” Musialanı klub tarixində ən bahalı futbolçu etməyə hazırdır

“Bavariya” hazırda 21 yaşlı hücumçu Camal Musiala ilə yeni uzunmüddətli müqavilə üzrə danışıqlar aparır.

Oxu.Az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Mənbənin məlumatına görə, 2025-ci il yanvarın 1-dən Münhen klubu Musiala ilə 2030-cu il iyunun 30-dək qüvvədə olan müqavilə imzalamaq imkanı əldə edəcək. Alman futbolçunun yeni əmək müqaviləsinə əsasən maaşı ildə 20 milyon avronu keçə bilər.

Beləliklə, beş ildən sonra Musiala 100 milyon avrodan çox qazana biləcək ki, bu da onun “Bavariya” ilə müqaviləsini Münhen klubunun tarixində ən bahalı müqaviləyə çevirəcək.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More