İspaniya futbolunun dördüncü divizionunu təmsil edən “Kaserenyo” klubu ilə “Atletiko Madrid”in qarşılaşdığı İspaniya Kubokunun 1/32 final mərhələsinin oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, 30-cu dəqiqədə “Kaserenyo”nun futbolçusu Alvaro Qarsiya hesabı açıb.
83-cü dəqiqədə “Atletiko”nun müdafiəçisi Klaman Lanqle tarazlığı bərpa edib.
85-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Ceymi Qonsales qırmızı vərəqə alıb.
90+2-ci dəqiqədə yarımmüdafiəçi Rodriqo De Paul qonaqları hesabda irəli çıxarıb.
90+5-ci dəqiqədə isə “Atletiko”nun hücumçusu Xulian Alvares oyunda son nöqtəni qoyub – 1:3.