İtaliya hüquq-mühafizə orqanlarının əməkdaşları “Ndranqeta” mafiya qrupunun klanlarından birinə qarşı əməliyyat keçirərək, digərləri ilə yanaşı, dəstə üzvləri ilə onların məhkum olunmuş həmkarları arasında əlaqə saxlayan rahibəni ev dustaqlığına buraxıblar.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Breşiya əyalətindəki Maliyyə qvardiyasının komandiri, polkovnik Françesko Maçeroni bildirib.
“Rahibə göstərişləri yerinə yetirib və məhbuslarla əlaqəni təmin edib. Bu münasibətlərdə pul məsələsi olmayıb, söhbət xidmət mübadiləsindən gedib”, – agentliyin həmsöhbəti bildirib.
İstintaqda iştirak edən 25 nəfər barəsində müxtəlif həbs qətimkan tədbiri seçilib. Şübhəlilər arasında iki yerli siyasətçi də olub. 1.8 milyon avro dəyərində əmlak müsadirə edilib.
Qruplaşma Breşiya əyalətində qəsb, silah və narkotik alveri, çirkli pulların yuyulması, sələmçiliklə məşğul olub.