Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Həsən Əliyev və Zərifə Əliyeva küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, Tahir Məhərrəmov idarə etdiyi motosikletlə kəsişmədən keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.